RED BULL RIVER RUNES - FİNAL

RED BULL RIVER RUNES AZERBAIJAN 2020 - FİNAL

By Red Bull Azerbaijan
Online
Description
Turnir haqqında:
“Dota 2” oyununun peşakarları öz bacarığını bir daha nümayiş etdirəcək. Red Bull River Runes turniri Azərbaycanda ilk dəfə keçirilir. Bu çox hərəkətli formatda öz bacarığını göstər və öz oyun tərzini Azərbaycanın digər oyunçularının oyun tərzi ilə müqayisə et. “Mid”ə sahib ola biləcəyini göstər!

Red Bull River Runes nədir?
Red Bull River Runes – həm həvəskarlar, həm də peşəkarlar üçün nəzərdə tutulmuş təkbətək formatlı “Dota 2” turniridir. Turnir qeyri-standart xəritədə yeni formatda keçirilir. Səni turnir iştirakçılarının nəfəskəsən qələbələri və şok məğlubiyyətləri gözləyir.

Turnir necə keçirilir?
Sentyabrın 11-dən etibarən oyunçular öz bacarığını onlayn seçmə mərhələlərində göstərə bilər. “Dota 2” oyununda “solo” məharətini göstərmə şansı əldə et! Oyunda yalnız bir iştirakçı qalib olacaq. Ümumilikdə onlayn şəklində iki seçmə mərhələsi keçiriləcək (11/09/2020 və 12/09/2020, saat 18:00-da) Yalnız 8 iştirakçı turnirin finalına (13/09/2020, saat 18:00-da) keçmək şansı qazanacaq.

Turnirdə iştirak edə bilərəm?
Red Bull River Runes turniri 18 yaşdan yuxarı bütün Azərbaycan vətəndaşları üçün açıqdır. Yarış zamanı Azərbaycanda olmaq mütləqdir.

Turnirdə iştirak ödənişlidirmi?
Turnirdə iştirak ödənişsizdir.

Seçim mərhələsində bir neçə dəfə iştirak edə bilərəm?
Seçmə mərhələsinin birində 1-ci və ya 2-ci yeri tutsan, digər seçmə mərhələlərində iştirak edə bilməzsən.
Timezone
Asia/Baku (UTC+04:00)
Contact
Join Discord
Prize
Turnirin finalçıları hansı mükafatları alacaq?
Turnirin ancaq bir qalibi var – 1-ci yerə çıxacaq iştirakçı. Mükafat: 1000 AZN.

Qalib gəlsəm mükafat pulunu almağım nə qədər çəkər?
Mükafat, maksimum iki ay ərzində finalçılara təqdim ediləcək.